"Azərbaycan yaşayır" | Ana Vətənimiz Azərbaycan haqqında şeir

 

Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.


Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.

Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.

Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.

 

 «Azərbaycan yaşayır» şeiri

Müəllif: Rafiq Yusifoğlu.

"Azərbaycan yaşayır"  | Ana Vətənimiz Azərbaycan haqqında şeir Azerbaycan seiri

 

0 şərh